...Və Allah Qurbanı göndərdi

...Və Allah Qurbanı göndərdi

1994-cü il avqustun 9-u "Şükrü Saracoğlu" stadionu tarixə şahidlik edirdi.

İlk dəfə Azərbaycan klubu avrokuboklarda oyuna çıxırdı. İstanbulda "Turan"ın heyətində Qurban Qurbanov da vardı… Qarşılaşma 0:5 hesablı məğlubiyyətimizlə bitdi. 

Bu, başlanğıc idi. Çox üzücü olsa da, bundan daha betər nəticələri ağlımıza da gətirmirdik. Amma avrokuboklarda qarşıda "Neftçi"ni Sofiya "Lokomotiv"indən 0:6, "Vidzev"dən 0:8, "Xəzri"ni Krakov "Hutnik"indən 0:9, əsas milli komandamızı İspaniyadan 0:6, Portuqaliyadan 0:7, Polşadan 0:8, Fransadan 0:10 kimi nadir hesablarla darmadağınlar gözləyirdi...

Hələ ilk ağlıma gələnləri deyirəm...

İllərdir Azərbaycan futbolunda "imzam var" deyən futbolçular, özünü mütəxəssis, məşqçi hesab edən veteranlar, yəqin bu "uğurları" ilə öyünür.

Allah üzümüzə baxdı, Qurban Qurbanov kimi məşqçini göndərdi. Yoxsa belə də davam edəcəkdik. Nə 20 ilə yaxındır futbolumuza buraxılan milyonlar, nə də başqa heç nə Azərbaycan futbolunu San Marino, Andorra və başqa "cırtdanlar"la ənənəvi autsayderlər cərgəsindən xilas edəsi deyildi.

Əslində, bügünəcən olan nəticələr də bunu göstərir. "Qarabağ"ı kənara qoysaq, yalnız 1 dəfə "Neftçi" və 2 dəfə "Qəbələ" avrokubokların qrup mərhələsində oynayıb. 

Milli komandamız haqda danışmaq ümumiyyətlə, böyük ürək ağrısıdı. Buna görə də bu haqda danışmasaq yaxşıdı.

"Turan"la başlayan bu yol elə təxminən təcrübəsiz tovuzluların ilk oyunda İstanbul nəhəngi ilə görüşdəki nəticə ilə davam edəcəkdi.

Azərbaycan futbolu qitədən ən azı 0:5 hesabı ilə geridə idi. Mənə görə, "Qarabağ"ı saymasaq, indi də elədi. Hətta, bu müqayisədə 0:5 yaxşı nəticədi.

Futbolla maraqlananlar, jurnalistlər, ekspertlər həmişə ölkəmizdə idmanın şahı haqda danışanda "Qarabağ"ı kənara qoysaq" deyir...
"Qarabağ" avrokuboklardakı debüt oyunumuzdan düz 28 il sonra Macarıstanda qazandığı uğurla bu fikri daha da möhkəmləndirir. 
28 il öncə futbolçu kimi "Turan"la 0:5 uduzan Qurbanov indi məşqçi kimi futbolumuzdan 5:0 öndədi.

"Qarabağ" Azərbaycan futbolunun səviyyəsini çoxdan aşıb. Bu mövsüm göstərilən oyun isə həqiqətən də babat Avropa standartıdır.

Əminəm, "Qarabağ" "Viktoriya"nı da keçib Çempionlar Liqasının qrupuna yüksələcək.

İnanmaq istəyirəm ki, bununla futbola dövlət nəzarəti, diqqəti də güclənəcək. Ən azı bu sahəyə ayrılan pulların ciblərə getməməsi, uşaq futbolunun təməlinin qurulması arzusuna görə...

"Qarabağ"a isə təşəkkürlər! Avropada, dünyada ölkəmizin, futbolumuzun durumunu çox da yaxşı bilmirlər. Bu klub Azərbaycan haqda yalnız və yalnız müsbət rəy formalaşdırır.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar