Yaponlar ilkə imza atdılar, almanlar ikinci dəfə bu aqibətlə üzləşdilər

Yaponlar ilkə imza atdılar, almanlar ikinci dəfə bu aqibətlə üzləşdilər

Qətərdə təşkil olunan dünya çempionatındakı ilk oyununda Yaponiya ilə qarşılaşan Almaniya yığması bu matçdan 1:2 hesablı gözlənilməz məğlubiyyətlə ayrıldı.

Sports.az xəbər verir ki, Bundestim 33-cü dəqiqədə İlkay Gündoğanın dəqiq yerinə yetirdiyi penalti qolu ilə hesabda önə keçsə də, ikinci hissədə sonradan oyuna daxil olan Ritsu Doan və Takuma Asano fərqlənərək yaponlara əzmkar qələbə qazandırdı.

Yaponiya yığması tarixində ilk dəfə dünya çempionatlarında qol buraxdıqdan sonra əzmkar qələbəyə sevinib. Bunadək yaponlar hesabda geri düşdükləri oyunlarda 2 heç-heçə etdikləri halda, 7 məğlubiyyətlə üzləşmişdilər.

Maraqlıdır ki, Yaponiyaya qələbə qazandıran qolları məhz Almaniya Bundesliqasında çıxış edən oyunçular vurdular. Doan “Frayburq”da, Asano “Bohum”da forma geyinir. Yaponiya həm də dünya çempionatları tarixində Almaniyaya qarşı oyuna sonradan daxil olan iki oyunçusu qol vuran ilk komandaya çevrilib.

Almaniya yığması isə 1978-dən bəri ilk dəfə hansısa mundialda birinci hissədən sonra hesabda öndə olduğu matçda uduzdu. Bu gün Yaponiyaya yenilən (1:2) Bundestim, o zaman Avstriyaya təslim olmuşdu - 2:3.

Almaniya millisi həm də ardıcıl ikinci dəfə dünya çempionatında açılış oyunlarını uduzub. Bundestim 2018-ci ildə Rusiyada təşkil olunmuş mundialda da Meksika ilə bacarmamışdı – 0:1. Sözügedən komanda daha öncə 18 mundialdan sadəcə birində (DÇ-1982) açılış matçında məğlub olmuşdu.

Son xəbərlər
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
DAHA ÇOX

Ən çox oxunanlar