DÇ-2022: Daha bir futbolçu üçün mundial erkən bitdi

Futbol üzrə Danimarka millisinin və İspaniyanın "Sevilya" komandasının müdafiəçisi Tomas Dileyni Qətərdə keçirilən dünya çempionatının qalan hissəsini buraxacaq.

Sports.az xəbər verir ki, bu barədə Danimarka Futbol Federaiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qrup mərhələsinin ilk turu çərçivəsində baş tutan Tunislə oyunda sol dizindən zədələnən 31 yaşlı futbolçu təqribən bir aylıq məcburi istirahət etməlidir. Bu isə o deməkdir ki, Danimarka yığması finaladək irəliləsə belə, təcrübəli oyunçu meydana çıxa bilməyəcək.

Xatırladaq ki, Danimarka - Tunis görüşü qolsuz heç-heçə ilə başa çatıb. Dileyni bu matçın ilk hissəsində zədələnmiş və 45+1-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı.

Son xəbərlər

DAHA ÇOX

KÖŞƏ

Ən çox oxunanlar