DÇ-2022: Avstraliya, Argentina və Polşa 1/8 finalda!

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün 3-cü turun daha dörd oyunu keçirilib.

Sports.az xəbər verir ki, bu dəfə C və D qruplarında bütün suallara aydınlıq gəlib.

C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gəlib. Səudiyyə Ərəbistanı yığması isə Meksikanın müqavimətini qırmağa çalışıb. Bu qrupda bütün komandaların 1/8 final mərhələsinə yüksəlmək şansları vardı. Son turda Argentina və Meksika yığmaları qələbə qazanıblar. Bu qələbə Argentinanı qrup qalibi etsə də, Meksika qrupda qalıb. Çünki bu komanda ilə eyni xala malik Polşa yığması daha yaxşı top fərqinə malik olduğu üçün, ikinci yerlə pley-offa məhz Avropa təmsilçisi vəsiqə qazanıb.

D qrupunda pley-offu təmin edən Fransa Tunislə, Avstraliya isə Danimarka ilə münasibətlərə aydınlıq gətirib. Hər iki oyunun taleyini bir qol həll edib. Fransa Tunislə oyunda məğlubiyyətdən son anda qurtulsa da, matç bitəndən sonra avropalıların bərabərlik qolu ləğv olunub. Avstraliya isə Danimarkanı məğlub edərək qrup ikincisi kimi pley-offa yüksəlib.

Xatırladaq ki, daha öncə Fransa, Portuqaliya, Braziliya, Niderand, Seneqal, İngiltərə və ABŞ 1/8 finala yüksəlib.

Dünya çempionatı
30 noyabr

C qrupu

Polşa - Argentina 0:2
Qol: Aleksis Makallister, 46. Xulian Alvares, 68.
Matçın 38-ci dəqiqəsində L.Messi penaltidən yararlana bilməyib (qapıçı),
Baş hakim: Danni Makkeli (Niderland).
"Stadion 974"

Polşa: 1. Voyçex Şensnı, 2. Metti Keş, 6. Krıstyan Belik, 9. Robert Levandovski (k), 10. Qjeqoj Krıxovyak, 14. Yakub Kivior, 15. Kamil Qlik, 16. Karol Sviderski, 18. Bartoş Bereşinski, 20. Pyotr Zelinski, 24. Pşemıslav Frankovski.
Argentina: 23. Emiliano Martines, 7. Rodriqo de Paul, 8. Markos Akunya, 9. Xulian Alvares, 10. Lionel Messi (k), 11. Anxel Di Mariya, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 20. Aleksis Makallister, 24. Entso Fernandes, 26. Nauel Molina.

Səudiyyə Ərəbistanı - Meksika 1:2 
Qol: Salem Əl-Davsari, 90+5 - Enri Martin, 47. Luis Çaves, 52.
Baş hakim: Maykl Oliver (İngiltərə).
"Lusail" stadionu.

Səudiyyə Ərəbistanı: 21. Məhəmməd Əl-Uvais, 2. Sultan Əl-Qannam, 4. Abdulela Əl-Əmri, 5. Əli Əl-Boleahi, 9. Firas Əl-Brikan, 10. Salem Əl-Davsari (k), 11. Saleh Əl-Şehri, 12. Saud Abdulhamid, 15. Əli Əl-Həssən, 17. Həsən Əl-Tambakti, 23. Məhəmməd Kanno.
Meksika: 13. Gilyermo Oçoa (k), 3. Sesar Montes, 4. Edson Alvares, 10. Aleksis Veqa, 15. Hektor Moreno, 17. Orbelin Pinedo, 19. Xorxe Sançes, 20. Enri Martin, 22. İrvinq Losano, 23. Xesus Qalyardo, 24. Luis Çaves.

Xal: Argentina – 6. Polşa – 4. Meksika - 4. Səudiyyə Ərəbistanı – 3.

D qrupu

Avstraliya - Danimarka 1:0
Qol: Metyu Leki, 60.
Baş hakim: Mustafa Qorbal (Əlcəzair).
"El-Janoub" stadionu.

Avstraliya: 1. Metyu Rayan (k), 2. Miloş Degenek, 4. Kay Rouls, 7. Metyu Leki, 13. Aaron Muy, 14. Rayli Makqri, 15. Mitçell Dyuk, 16. Aziz Behiç, 19. Harri Suttar, 22. Cekson İrvin, 23. Kreyq Qudvin.
Danimarka: 1. Kasper Şmeyxel (k), 2. Yoakim Andersen, 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 7. Matias Yensen, 9. Martin Breytueyt, 10. Kristian Eriksen (k), 11. Andreas Olsen, 13. Rasmus Kristensen, 23. Pyer-Emil Hoybyerq, 25. Yesper Lindström.

Tunis - Fransa 1:0
Qol: Vahbi Xazri, 58.
Baş hakim: Metyu Konqer (Yeni Zellandiya)
"Edyukeyşn Siti" stadionu.

Tunis: 16. Aymen Dahmen, 3. Montassar Talbi, 4. Yassin Meria, 5. Nader Qandri, 10. Vahbi Xazri (k), 12. Ali Maalul, 14. Aissa Layduni, 15. Məhəmməd Əli Ben-Romdan, 17. Elyes Sxiri, 21. Vajdi Keşrida, 25. Anis Ben-Slimani.
Fransa: 16. Stiv Mandanda, 3. Aksel Disasi, 4. Rafael Varan (k), 8. Orelyen Çuameni,  6. Matteo Genduzi, 12. Randal Kolo Muani, 13. Yusauf Fofana, 15. Jordan Veretu, 20. Kinqsli Koman, 24. İbrahima Konate, 25. Eduardo Kamavinqa.

Xal: Fransa – 6. Avstraliya – 6. Tunis – 4. Danimarka – 1.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar