DÇ-2022: Niderland və Argentina 1/4 finalda!

DÇ-2022: Niderland və Argentina 1/4 finalda!

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start verilib.

Sports.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gəlib. "Xəlifə" stadionunda keçirilən oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edib. Dörd qolun qeydə alındığı matçda Avropa təmsilçisi inamlı qələbəyə sevinib. Nəticədə Niderland yığması ilk 1/4 finalçı olub.

Günün son matçı isə Argentina və Avstraliya yığmaları arasında baş tutub. "Əhməd ibn-Əli" stadionunda baş tutan qarşılaşmanın baş hakimi polşalı Şimon Marçinyak olub. Üç qolun qeydə alındığı matçda sevinən tərəf Argentina yığması olub.

Dünya çempionatı
1/8 final

3 dekabr

Niderland - ABŞ 3:1
Qol: Memfis Depay, 10. Deyli Blind, 45+1. Denzel Dumfris, 81 - Haci Rayt, 76.
Baş hakim: Vilton Sampayo (Braziliya).
"Xəlifə" stadionu.

Niderland: 23. Andris Noppert, 2. Yurryen Timber, 4. Vircil Van Deyk, 5. Natan Ake, 22. Denzel Dumfris, 15. Marten De Ron, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo.
ABŞ: 1. Mett Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uoker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkenni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra.

Argentina - Avstraliya 2:1
Qol: Lionel Messi, 35. Xulian Alvares, 57 - Entso Fernandes, 77-öz qapısına.
Baş hakim: Şimon Marçinyak (Polşa).
"Əhməd ibn-Əli" stadionu.

Argentina: 23. Emiliano Martines, 26. Nauel Molina, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 17. Alexandro Qomes, 10. Lionel Messi (k), 9. Xulian Alvares.
Avstraliya: 1. Metyu Rayan (k), 19. Harri Suttar, 4. Kay Rouls, 16. Aziz Behiç, 2. Miloş Degenek, 13. Aaron Muy, 22. Cekson İrvin, 26. Kianu Bakkus, 7. Metyu Leki, 15. Mitçell Dyuk, 14. Rayli Makqri.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar