Jiru və Mbappe üçün tarixi matç

Jiru və Mbappe üçün tarixi matç

Qətərdə keçirilən dünya çempionatında Polşa ilə 1/8 final oyunu Fransa yığmasının hücumçuları Olivye Jiru və Kilian Mbappe üçün əlamətdar olub.

Sports.az xəbər verir ki, hər iki futbolçu Fransa millisinin tarixinə düşüb.

Jiru 44-cü dəqiqədə fərqlənməklə matçda hesabı açıb. Bununla da 36 yaşlı forvard millidə vurduğu qollarının sayını 52-yə çatdırıb. O, Tyerri Anrini (51 qol) geridə qoyub və yığmanın ən sərrast oyunçusu adını qazanıb. Üçüncü pillədə 42 qolla İspaniyanın "Atletiko" (Madrid) klubunun forvardı Antuan Qrizmann qərarlaşıb.

Mbappe isə dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk oyunçu olub. Bu matçda dubl edən hücumçu şəxsi göstəricisini yaxşılaşdırıb. Forvard bu qollardan 4-nə cari dünya çempionatında imza atıb. O, qrup mərhələsində Avstraliya yığmasını 1, Danimarkanı isə 2 dəfə cəzalandırıb. Mbappe 2018-ci ildə Rusiyada keçirilmiş mundialda da 4 qol vurmuşdu.

Bununla da ulduz futbolçu Argentina millisinin kapitanı Lionel Messi ilə dünya çempionatlarındakı qol sayını bərabərləşdirib.

Fransa millisi 1/4 finalda İngiltərə - Seneqal cütünün qalibi ilə üz-üzə gələcək.

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar