DÇ-2022: Braziliya və Xorvatiya da 1/4 finalda!

DÇ-2022: Braziliya və Xorvatiya da 1/4 finalda!

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

Sports.az xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gəlib. Bu oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Hesabı ilk yarıda yaponlar açsa da, xorvatlar fasilədən az sonra buraxılan qolun cavabını verə biliblər. Əlavə vaxtda da başqa qol qeydə alınmadığından qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiqə yerinə yetirən Xorvatiya yığması adını 1/4 finala yazdırıb. 

Digər görüşdə isə Braziliya Cənubi Koreya ilə qarşılaşıb. Cənubi amerikalılar bu oyunun taleyini elə ilk yarıda vurduqları 4 cavabsız qolla həll ediblər. Koreyalıların ikinci hissədəki bir qolu isə təsəllidən başqa bir işə yaramayıb.

Bu cütlərin qalibi 1/4 finalda bir-birinə rəqib olacaqdı. Beləliklə, Braziliya yığmasının yarımfinala vəsiqə uğrunda rəqibi Xorvatiya millisi olacaq.

Xatırladaq ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.

DÇ-2022
1/8 final

5 dekabr

Yaponiya - Xorvatiya 1:1 (penaltilər 1:3)
Qol: Dayzen Maeda, 43 - İvan Perişiç, 55.
Baş hakim: İsmail Elfat (Braziliya).
"Əl Cənub" stadionu.

Yaponiya: 12. Şuiçi Qonda, 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 15. Daiçi Kamada, 16. Takehiro Tomiyasu, 3. Syoqo Taniquti, 6. Vataru Endo, 13. Hidamesa Morita, 8. Ritsu Doan, 14. Dzunyo İto, 25. Dayzen Maeda.
Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 3. Borna Barişiç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 11. Marselo Brozoviç, 10. Luka Modriç (k), 8. Mateo Kovaçiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 16. Bruno Petkoviç.

Braziliya - Cənubi Koreya 4:1
Qol: Vinisius Junior, 7. Neymar, 13-pen. Rişarlison, 29. Lukas Paketa, 36 - Payk Sun Ho, 76.
Baş hakim: Kleman Türpen (Fransa).
"974" stadionu.

Braziliya: 1. Alisson Bekker, 14. Eder Militao, 3. Tyaqo Silva (k), 4. Markinyos, 2. Danilo, 5. Kazemiro, 10. Neymar, 7. Lukas Paketa, 9. Rişarlison, 11. Rafinya, 20. Vinisius Junior.
Cənubi Koreya: 1. Kim Sun Qyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 10. Ci Sun-Li, 7. Son Hın Min (k), 9. Sun Kyu Ço, 11. Hi Çan-Hvan.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar