Xorvatlar DÇ-də yenə penalti seriyasında sevindi, Perişiç tarixə keçdi

Xorvatlar DÇ-də yenə penalti seriyasında sevindi, Perişiç tarixə keçdi

Futbol üzrə Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Yaponiya yığmasını penaltilər seriyasında üstələməkldə adını 1/4 finala yazdırdı.

Sports.az xəbər verir ki, xorvatların dünya və Avropa çempionatlarının pley-off mərhələsində son 8 oyununun 7-si əlavə vaxta gedib.

Sözügedən komanda ilk dəfə bu halla AÇ-2008-də üzləşib. Həmin vaxt bu kollektiv 1/4 finalda Türkiyə yığmasına 1:2 hesabı ilə uduzub.

Xorvatiya seçməsinin növbəti 3 belə oyunu isə 2018-ci ildə Rusiyada keçirilmiş mundiala təsadüf edib. Həmin vaxt yığma 1/8 finalda Danimarkanı (1:1) və 1/4 finalda Rusiyanı (2:2) penaltilər seriyasında, yarımfinalda İngiltərəni isə (2:1) əlavə vaxtda üstələyib. AÇ-2020-də İspaniyaya qarşı 1/8 final qarşılaşması isə əlavə vaxtda Pireney təmsilçisinin qələbəsi ilə başa çatıb - 5:3.

Xorvatiya yığması mundialların 1/8 final mərhələsinə tarixi ərzində 3 dəfə vəsiqə qazanıb və hamısında 1/4-ə yüksəlməyi bacarıb. Mundiallarda 3 dəfə penalti seriyasında qüvvəsini sınayan xorvatlar, bütün hallarda qələbə əldə edib.

Bu oyunda xorvatların bərabərlik qolunu vuran İvan Perişiç dünya və Avropa çempionatlarında 10-cu qoluna imza atdı. Bununla da o, 9 qollu Davor Şukeri geridə qoyub. Perişiç həm də 5 fərqli AÇ və DÇ-də qol vuran ilk xorvat olub. İvan dünya çempionatlarında 6-cı qolunu vurmaqla da ilkə imza atıb. Xorvat futbolçular arasında bunu bacaran ikinci bir şəxs yoxdur. O, həmçinin 3 fərqli mundialda (2014, 2018, 2022) qol vuran ilk xorvatdır.

Xorvatiya millisi Qətərdə təşkil olunan dünya çempionatının 1/8 final mərhələsində Yaponiyanı məğlub edərək növbəti raunda adlayıb. Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (3:1) oynayan Avropa təmsilçisi adını 1/4 finala yazdırıb. Bu komandanın növbəti rəqibi Braziliya və Cənubi Koreya yığmalarından biri olacaq.

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar