DÇ-2022: Mərakeşlə Portuqaliya da 1/4 finalda!

DÇ-2022: Mərakeşlə Portuqaliya da 1/4 finalda!

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulub.

Sports.az xəbər verir ki, bununla da 1/4 finalın son 2 iştirakçısı bəlli olub.

Günün ilk oyununda turnirin favoritlərindən hesab olunan İspaniya millisi Mərakeşlə qarşılaşıb. Argentinalı FİFA referisi Fernando Rapallininin idarə etdiyi bu matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən mərakeşlilər sürprizə imza ataraq 1/4 finala yüksəliblər.

1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə seçmələri münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşmanın baş hakimi maksikalı Sesar Arturo Ramos olub. Məhsuldar alınan bu görüşün sonunda sevinən tərəf Portuqaliya yığması olub.

Beləliklə, daha əvvəl pley-offa yüksəlmiş Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmalarına Mərakeş və Portuqaliya milliləri də qoşulub.

DÇ-2022
1/8 final

6 dekabr

Mərakeş - İspaniya 0:0 (penaltilər 3:0)
Baş hakim: Fernando Rapallini (Argentina).
"Edukeyşn Siti" stadionu.

Mərakeş: 1. Yassin Bunu, 5. Nayef Aqerd, 6. Romen Saiss (k), 2. Əşrəf Hakimi, 3. Nussair Mazraui, 4. Sofyan Amrabat, 8. Azeddin Unai, 15. Selim Amalla, 17. Sofyan Bufal, 19. Yussef En-Nesiri, 7. Hakim Ziyeş.
İspaniya: 23. Unay Simon, 24. Emerik Lyaport, 18. Jordi Alba, 5. Serxio Buskets (k), 16. Rodri, 6. Markos Lyorente, 9. Qavi, 26. Pedri, 10. Marko Asensio, 21. Dani Olmo, 11. Ferran Torres.

Portuqaliya - İsveçrə 6:1
Qol: Qonsalo Ramos, 17; 51; 67. Pepe, 33. Rafael Gerreyro, 55. Rafael Leao, 90+2 - Manuel Akanci, 58.
Baş hakim: Sesar Arturo Ramos (Meksika).
"Lusail" stadionu.

Portuqaliya: 22. Dioqo Kosta, 2. Dioqo Dalot, 3. Pepe (k), 4. Ruben Dias, 5. Rafael Gerreyro, 8. Bruno Fernandes, 10. Bernardo Silva, 11. Joao Feliks, 14. Vilyam Karvalyo, 25. Otavio Monteyro, 26. Qonsalo Ramos.
İsveçrə: 1. Yan Zommer, 2. Edimilson Fernandes, 5. Manuel Akanci, 7. Brel Embolo, 8. Remo Froyler, 10. Qranit Caka (k), 11. Rikardo Rodriqes, 15. Cibril So, 17. Ruben Varqas, 22. Fabian Şer, 23. Cerdan Şakiri.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar