DÇ-2022: Argentina və Xorvatiya yarımfinalda!

DÇ-2022: Argentina və Xorvatiya yarımfinalda!

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə start verilib.

Sports.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında turnirin əsas favoritlərindən Braziliya millisi Xorvatiyanı sınağa çəkib. İngiltərəli FİFA referisi Maykl Oliver idarə etdiyi oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penalti seriyasında daha dəqiq olan xorvatlar sürpriz şəkildə Braziliya yığmasını mundialdan kənarda qoyublar.

Digər oyunda isə Niderland və Argentina yığmaları üz-üzə gəliblər. "Lusail" stadionunda keçirilən görüşün baş hakimi ispaniyalı Migel Mateu Laos olub. 4 qolun qeydə alındığı qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Penalti zərbəsini daha dəqiq yerinə yetirən Cənubi Amerika təmsilçisi yarımfinalda Xorvatiya ilə oynamaq hüququ qazanıb.

1/4 finalın digər 2 oyunu dekabrın 10-da baş tutacaq. Portuqaliya Mərakeşlə, Fransa isə İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Dünya çempionatı
1/4 final

9 dekabr

Xorvatiya - Braziliya 1:1 (penaltilər 4:2)
Qol: Bruno Petkoviç, 117 - Neymar, 105+1.
Baş hakim: Maykl Oliver (İngiltərə).
"Edukeyşn Siti" stadionu.

Xorvatiya: 1. Dominik Livakoviç, 4. İvan Perisiç, 6. Deyan Lovren, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 15. Mario Paşaliç, 19. Borna Sosa, 20. Yoşko Qvardiol, 22. Yosip Yuranoviç.
Braziliya: 1. Alisson Bekker, 2. Danilo, 3. Tyaqo Silva (k), 4. Markinyos, 5. Kazemiro, 7. Lukas Paketa, 9. Rişarlison, 10. Neymar, 11. Rafinya, 14. Eder Militao, 20. Vinisius Junior.

Niderland - Argentina 2:2 (penaltilər 3:4)
Qol: Vaut Veqhorst, 83; 90+11 - Nahuel Molina, 35. Lionel Messi, 73-pen.
Baş hakim: Migel Mateu Laos (İspaniya).
"Lusail" stadionu.

Niderland: 23. Andris Noppert, 2. Yurryen Timber, 4. Vircil Van Deyk (k), 5. Natan Ake, 7. Stiven Berqveyn, 8. Kodi Qakpo, 10. Memfis Depay, 15. Marten De Roon, 17. Deyli Blind, 21. Frenki De Yonq, 22. Denzel Dumfris.
Argentina: 23. Emiliano Martines, 7. Rodriqo De Paul, 8. Markos Akunya, 9. Xulian Alvares, 10. Lionel Messi (k), 13. Kristian Romero, 19. Nikolas Otamendi, 20. Aleksis Makallister, 24. Entso Fernandes, 25. Lisandro Martines, 26. Nahuel Molina.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar