DÇ-2022: Messi Peleni keçdi, Batistutaya çatdı

DÇ-2022: Messi Peleni keçdi, Batistutaya çatdı

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi əfsanəvi braziliyalı Pelenin dünya çempionatlarının pley-off mərhələlərində ən çox assist etmə rekordunu yeniləyib.

Sports.az xəbər verir ki, kapitan DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandla oyunda bunu bacarıb.

Nahuel Molinanın 35-ci dəqiqədə vurduğu qolun məhsuldar ötürməsini verən 35 yaşlı hücumçu pley-offlarda 5-ci assist müəllifi olub. Ona qədər Pele 4 qol ötürməsi ilə rekordçu idi.

Messi mundialların bütün mərhələlərində ümumi assist saynı isə 7-yə çatdırıb. Bununla o, hazırda Qjeqoj Lato (Polşa) və Pyer Littbarski (Almaniya) ilə birlikdə ikinci sıranı bölüşdürür. Argentina yığmasının kapitanı hazırda dünya çempionatlarında ən çox məhsuldar ötürmə sahibi olan həmyerlisi Dieqo Maradonadan 1 assist geri qalır. Maradona mundiallarda aktivinə 8 qol ötürməsi yazdırıb.

Niderlandla 1/4 final oyununda qol da vuran Messi daha bir ulduza şərik olub. Argentina millisində 10 qol vurmuş Qabriel Batistuta indi zirvədə Leoyla şərikdir. Messi Xorvatiya ilə yarımfinal oyununda da fərqlənə bilsə, mütləq rekordçu olacaq.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar