“Argentinaya azarkeşlik edəcəm” – Səmədov

Futbol üzrə Rusiya millisinin əslən azərbaycanlı keçmis yarımmüdafiəçisi Aleksandr Səmədov DÇ-2022-nin yarımfinal mərhələsi haqda danışıb.

Sports.az xəbər verir ki, o, Argentina – Xorvatiya görüşündə hansı komandaya azarkeşlik edəcəyini açıqlayıb:

“Xorvatiya ilə matçda Argentinaya azarkeşlik edəcəm. Düşünürəm ki, bu mərhələdə favorit yoxdur. Hər iki komanda artıq özünü sübut edə bilib. Yarımfinal şansları 50-nin 50-yədir”.

Argentina millisi bu gün DÇ-2022-nin yarımfinalında Xorvatiya ilə qarşılaşacaq. Növbəti yarımfinal görüşündə Fransa Mərakeş yığması ilə üz-üzə gələcək.

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar