DÇ-2022: Lionel Messidən yeni rekordlar

DÇ-2022: Lionel Messidən yeni rekordlar

Qətərdə keçirilən dünya çempionatının Xorvatiya ilə yarımfinal oyunu Argentina millisinin kapitanı Lionel Messi üçün əlamətdar olub.

Sports.az xəbər verir ki, o, dünya çempionatlarındakı oyun sayında Almaniya yığmasının sabiq futbolçusu Lotar Matteusa çatıb.

35 yaşlı hücumçu bu matça start heyətdə başlayıb və sonadək meydanda qalıb. Təcrübəli forvard dünya çempionatlarında sayca 25-ci görüşün iştirakçısı olub ki, bu da onu rekordçu ilə eyni sıraya yüksəldib. Messi həlledici qarşılaşmada da forma geyinsə, bu göstərici üzrə vahid liderə çevriləcək.

Yeri gəlmişkən, Xorvatiya millisinin kapitanı Luka Modriç də oyuna start heyətində başlamaqla, 37 yaşından sonra ardıcıl 6-cı dəfə meydana ilk “11-lik”də çıxan 4-cü futbolçu kimi tarixə düşüb. Daha əvvəl yalnız braziliyalı Nilton Santos, italiyalı Dino Zoff və ingiltərəli Piter Şilton bunu bacarmışdı.

Messi bu oyunda qol vurmaqla Argentina millisinin dünya çempionatlarında ən sərrast futbolçusuna da çevrilib. Matçın ilk hissəsində penaltidən dəqiq yararlanan futbolçu ümumilikdə 11-ci qolunu vurub. Hücumçu bu göstərici ilə yığmanın sabiq forvardı Qabriel Batistutanı geridə qoyub.

Messi dünya çempionatları tarixində də ilkə imza atıb. Belə ki, o, bir mundialda 3 matçda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalan ilk futbolçu olub. Təcrübəli forvard bu uğura Meksika ilə qrup oyununda (2:0), Niderlandla 1/4 final matçında (2:2, penaltilər seriyasında 4:3) və Xorvatiya ilə yarımfinal qarşılaşmasında (3:0) imza atıb.

Xatırladaq ki, Argentina millisi dekabrın 18-də keçiriləcək finalda Fransa - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar