Fransalı və mərakeşli azarkeşlər arasında toqquşmalar: ölən var

Fransalı və mərakeşli azarkeşlər arasında toqquşmalar: ölən var

Qətərdə keçirilmiş dünya çempionatının yarımfinal oyunundan sonra Fransa və Mərakeş yığmalarının azarkeşləri arasında toqquşma başlayıb.

Sports.az xəbər verir ki, Parisdəki Yelisey meydanında, eləcə də Nitsada küçə toqquşmaları baş verib.

Bildirilib ki, azarkeşlər bir-birlərinə fişənglərlə atəş açıblar. Nəşrin xəbərinə görə, fransızlar mərakeşli azarkeşləri “Ərəblər, rədd olun!” və "Öz evimizdəyik” şüarları ilə təqib ediblər. Monpelyedə toqquşmalarda zərərçəkənlərin olduğuna dair məlumat yayılıb.

Fransalı bir sürücü isə küçələrdə baş verən iğtişaşlar səbəbindən guya təlaşa düşərək avtomobilini Mərakeş yığmasının azarkeşlərindən ibarət izdihamının üzərinə sürüb. Qəzada ən çox zərər çəkən 14 yaşlı uşaq olub. O, xəstəxanaya çatdırılsa da, həkimlər yeniyetmənin həyatını xilas edə bilməyiblər. O, tibb ocağında dünyasını dəyişib. Qəzaya səbəb olan sürücü axtarışa verilib. Müstəntiqlər onun avtomobilini artıq tapıblar. İndi polis və şəhər prokurorluğu araşdırmaları davam etdirir. Qəzanın hansı şəraitdə baş verməsi araşdırılır.

Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatının ikinci yarımfinal oyununda Fransa yığması Mərakeşi 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar