DÇ-2022
Fransa millisində “Dəvə qripi” şoku
![](https://sports.az/file/articles/2022/12/16/1671182768_fransa-millisi.jpg)
16.12.2022 | 13:30
Futbol üzrə Fransa millisinin üç üzvü “Dəvə qripi”nə yoluxub.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa millisinin üç üzvündə – Dayot Upamekano, Adrien Rabio və Kinqsli Komanda “Dəvə qripi” virusu aşkarlanıb.
Qətərdə keçirilən dünya çempionatında Fransa yığması yarımfinalda Mərakeşi 2:0 hesabı ilə məğlub edib. Fransızlar dekabrın 18-də final matçında Argentina millisi ilə qarşılaşacaq. Virusa yoluxmuş futbolçuların həlledici oyuna qədər sağalıb-sağalmayacağı barədə məlumat verilmir.
"Qətər 2022"ni ETOPAZ təqdim edir