DÇ-2022: Argentina dünya çempionu oldu!

DÇ-2022: Argentina dünya çempionu oldu!

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Bu gün Qətərdə təşkil olunan dünya çempionatının qalibi bəlli olub.

Sports.az xəbər verir ki, həlledici oyunda Argentina və Fransa yığmaları üz-üzə gəliblər.

İndiyə qədər bu komandalar hərəyə iki dəfə dünya çempionu olmuşdular. Argentina millisi 1978 və 1986-cı illərdə mundialın ən güclüsü olmuşdusa, Fransa yığması 1998 və 2018-ci illərdəki dünya çempionatlarında zəfər əldə etmişdi. İndi bu komandalardan biri tarixində üçüncü dəfə dünya çempionu olacaqdı.

Altı qolun qeydə alındığı bu qarşılaşmanın əsas və əlavə vaxtında isə qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Argentina yığması tarixində 3-cü dəfə dünya çempionu olub.

Xatırladaq ki, ötən gün baş tutmuş 3-cü yer uğrunda oyunda Xorvatiya yığması Mərakeşlə oyundan 2:1 hesablı qələbə ilə ayrılaraq bürünc medallara sahib çıxıb.

Dünya çempionatı
Final

18 dekabr

Argentina – Fransa 3:3 (penaltilər 4:2)
Qol: Lionel Messi, 22-pen; 109. Anxel Di Mariya, 36 - Kilian Mbappe, 80-pen; 81; 118-pen.
Baş hakim: Şimon Marçinyak (Polşa).
“Lusail” stadionu.

Argentina: 23. Emiliano Martines, 3. Nikolas Talyafiko, 7. Rodriqo De Paul, 9. Xulian Alvares, 10. Lionel Messi (k), 11. Anxel Di Mariya, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 20. Aleksis Makkallister, 24. Entso Fernandes, 26. Nahuel Molina.
Fransa: 1. Uqo Lyoris (k), 4. Rafael Varan, 5. Jül Kunde, 7. Antuan Qrizmann, 8. Orelyen Çuameni, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 11. Usman Dembele, 14. Adrian Rabyo, 18. Dayo Upamekano, 22. Teo Hernandes.

Son xəbərlər
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar