FİFA Argentina millisinə nə qədər pul ödəyəcək?

DÇ-2022-nin qalibi olan Argentina millisinin bu çempionluğa görə qazandığı mükafatın məbləği bəlli olub.

Sports.az xəbər verir ki, cənubi amerikalılar 42 milyon dollar qazanıblar.

Bu məbləğ FİFA tərəfindən Argentina Futbol Federasiyasına ödəniləcək.

Xatırladaq ki, Argentina finalda Fransanı oyunsonrası (3:3) penaltilərlə (4:2) üstələyərək tarixində 3-cü dəfə dünya çempionu ünvanına sahib çıxıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar