“Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır

Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır.

Sports.az xəbər verir ki, yarışın ikinci günündə komandalar 500-1500 metr məsafəyə kayak, kanoe və akademik avarçəkmə növündə mübarizə aparacaqlar.

Mayın 3-də başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Ötən gün Azərbaycan təmsilçilərindən Amil Ramazanov 2006-2007-ci il təvəllüdlü idmançılar arasında bürünc medal qazanıb. O, 200 metr məsafəyə kayakla yarışda fərqlənib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar