Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

Azərbaycan avarçəkəni Əlimurad Hacızadə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb.

Sports.az xəbər verir ki, idmançı bir nəfərlik kayakla 500 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayıb.

O, 2008-2009-cü il təvəllüdlü atletlərin mübarizəsində fərqlənib.

Qeyd edək ki, turnir mayın 3-də başa çatacaq. Reqatanın ilk günündə Suqovuşanda kayakda 200 metr məsafədə digər təmsilçimiz Amil Ramazanov (2006-2007-ci il) 3-cü olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar