Digər
İlk yarımfinalçı bəlli oldu
02.05.2024 | 22:10
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin növbəti oyunu çərçivəsində "Neftçi" və "Xırdalan" komandaları üz-üzə gəlib.
Sports.az xəbər verir ki, 76:73 hesabı ilə qələbə qazanan ikincilər ilk yarımfinalçı olublar.
Bu komandalar arasında baş tutan əvvəlki görüşdə də "Xırdalan" qələbə qazanmışdı - 80:75.
Pley-off mərhələsinin digər görüşündə sabah "Sərhədçi" və "Xəzri" klubları qarşılaşacaq. İlk matçda "Xəzri" 98:64 hesablı qələbə qazanıb.