“Şəki” ilə görüşə yalnız qələbə üçün çıxacağıq”
“Hər matça qələbə üçün çıxırıq”.
Sports.az xəbər verir ki, bunu "Lənkəran"ın basketbolçusu Rəşid Abbasov deyib.
Kapitan Azərbaycan Basketbol Liqasının V turunda "Şəki"yə qarşı keçirəcəkləri oyuna toxunub:
“Komandama güvənirəm. "Ordu”ya məğlubiyyət qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün daha çox səbəb yaratdı. Heç bir nəticə komandamızın ab-havasına geniş miqyasda təsir edə bilməz. Həmişəki kimi mübarizəmizi davam etdirməyə hazırıq. Əsas üzvlərimizdən Qreqory Miltonu itirdik. Lakin bu komandaya çox təsir etmədi və əvvəlki kimi məşqlərə davam edirik. Məşqçi onu əvəz edəcək oyunçunu axtarır. Hər bir basketbolçu statusundan asılı olmayaraq komanda üçün əlindən gələni edir. “Şəki” ilə görüşə yalnız qələbə qazanmaq üçün çıxacağıq”.
"Şəki" - "Lənkəran" oyunu dekabrın 8-də baş tutacaq.