Azərbaycan hakimləri ilk dəfə 1-ci kateqoriyaya layiq görülüblər

Azərbaycanın bədii gimnastika üzrə hakimləri tarixdə ilk dəfə 1-ci kateqoriyaya layiq görülüblər.

Sports.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ədalət təmsilçiləri İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarında yüksək nəticə göstəriblər.

Nigar Abdusalimova fərdi proqramda 1, qrup hərəkətlərində 2-ci kateqoriyaya layiq görülüb. Yevgeniya Vilyayeva qrup hərəkətlərində 1, fərdi proqramda 2-ci kateqoriyanı alıb.

Bundan əlavə, Səbinə Hacıyeva fərdi proqram üzrə 2, Vəfa Bəkərova qrup hərəkətləri üzrə 3-cü kateqoriyanı əldə edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar