Azərbaycan çempionatlarında 1 dəqiqəlik sükut olacaq

Azərbaycan Basketbol Liqasının 9-cu turu çərçivəsində bu gün keçiriləcək qarşılaşmalar və güləş üzrə ölkə çempionatının final görüşləri bir dəqiqəlik sükutla başlayacaq.

Sports.az xəbər verir ki, bu barədə hər iki federasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün baş vermiş təyyarə qəzasında həlak olanların ruhu bir dəqiqəlik sükutla yad ediləcək. Hər iki yarışda musiqi səsləndirilməyəcək. Həmçinin basketbol oyunlarında fasilə zamanı dəstək qrupu da çıxış etməyəcək. (İdman.biz)

Bu gün “Sərhədçi” İdman Mərkəzində “Ordu” “Lənkəran”la, “Neftçi” “Sərhədçi” ilə üz-üzə gələcək. Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında isə 5 çəkidə qaliblər bəlli olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar