Digər
“Ordu” “Lənkəran”a qalib gəldi
25.12.2024 | 18:40
Azərbaycan Basketbol Liqasında 9-cu turun daha bir oyunu keçirilib.
Sports.az xəbər verir ki, günün ilk matçında "Ordu" "Lənkəran"ı məğlub edib.
Qarşılaşma 99:51 hesabı ilə başa çatıb.
B qrupunda xallarının sayını 15-ə çatdıran "Ordu" liderdir. 10 xalı olan bölgə təmsilçisi beşinci sıradadır. Günün ikinci görüşündə A qrupunda "Neftçi" və "Sərhədçi" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Ötən gün "Sabah" NTD-yə qalib gəlib - 94:68. Tura dekabrın 27-də yekun vurulacaq.