Çempionlar Liqasının oyunu Bakıda keçiriləcək

FİBA Çempionlar Liqasının pley-in görüşü Bakıda keçiriləcək.

Sports.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Fedrasiyasının mətbuat xidməti məlumat yayıb.

FİBA Çempionlar Liqasında yanvarın 7-də Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında ilk pley-in oyunu Bakıda baş tutacaq.

Belə ki, İsrail təmsilçisi məlum səbəbə görə İstanbula gəlmək istəməyib və bu halda görüşün neytral meydanda, Bakı İdman Sarayında keçirilməsi təklifi qarşılıqlı razılıq əsasında qəbul olunub.

Pley-in görüşlərində hesab bərabər olarsa, yanvarın 22-də baş tutacaq 3-cü oyun da məhz Bakıda baş tutacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar