NTD-nin basketbolçusu hədəflərini açıqladı

“Komandaya doğru yola qayıtmaqda və yenidən qalib gəlməkdə kömək etməliyəm”.

Sports.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Kvinton Kempbel klubun mətbuat xidmətinə müsahibəsində deyib.

31 yaşlı oyunçu Bakı təmsilçisinə qayıtması barədə danışıb:

“Klub nümayəndələri mənimlə əlaqə saxlayıb, geri dönməyimi istədiklərini bildirdilər. NTD həmişə qalib gəlməyi bacarıb. Ötən mövsümün əvvəlində də mənə təklif gəlmişdi, lakin başqa planlarım var idi. Cari mövsümün əvvəlində də təklif var idi, amma o vaxt hələ başqa variantları nəzərdən keçirirdim. Hər halda, səni klubda görmək istəyirlərsə, bu sənin şəxsiyyətinə və oyunçu kimi bacarıqlarına inandıqlarını göstərir. Və inanırlar ki, sən onlara uğur qazanmaqda kömək edə bilərsən".

ABŞ-dən olan oyunçu cari mövsüm vəziyyətin bir qədər çətinləşdiyini söyləyib:

"Bu idmandı və bəzən belə şeylər baş verir. İdmanda vacib olan necə başladığın deyil. Əsas odur ki, mövsümü necə bitirirsən. Mən məşqçi heyəti ilə danışmışam və onların məqsədi NTD-nin güclü bir klub olduğunu göstərmək, gedişatı dəyişmək və yenidən zirvəyə qalxmaqdır. Mənim şəxsi məqsədim isə hər bir oyunda komandaya istənilən şəkildə kömək etməkdir. Azərbaycan basketbol liqasını izlədim, amma çox yaxından izlədiyimi deyə bilmərəm”.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar