Dünya futbolu
Neymar “Santos”a qayıda bilər
02.04.2024 | 21:00
“Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymar 2026-cı il dünya çempionatına daha yaxşı hazırlaşmaq üçün 2025-ci ildə “Santos”a qayıda bilər.
Sports.az xəbər verir ki, “Santos” prezidentinin Neymarın valideynləri ilə əla münasibəti var ki, bu da braziliyalılara 2025-ci ildə hücumçunun transferini icarə əsasında rəsmiləşdirməyə kömək edə bilər.
Xatırladaq ki, hazırda Neymar zədəsinin müalicəsi ilə məşğuldur.