“Barselona”dan inamlı qələbə

İspaniya La Liqasında 33-cü tura yekun vurulub.

Sports.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Barselona” doğma meydanda “Valensiya” ilə üz-üzə gəlib. Kataloniya təmsilçisi bu oyunda əzmkar və inamlı qələbəyə sevinib.

Hazırda 84 xala malik “Real” vahid liderdir. “Barselona” 73 xalla 2-ci, “Jirona” 71 xalla 3-cü, “Atletiko” 64 xalla 4-cü, “Atletik” 58 xalla 5-ci, “Real Sosyedad” 51 xalla 6-cı, “Betis” 49 xalla 7-ci pillədə qərarlaşıb. “Valensiya” 47, “Vilyarreal” 45, “Xetafe” 43 xal toplayıb.

İspaniya La Liqası
33-cü tur

26 aprel

Real Sosyedad – Real 0:1
Qol: Arda Gülər, 29.

27 aprel

Las Palmas – Jirona 0:2
Qollar: D.Lopes, 26. Dovbik, 57-pen.

Almeriya – Xetafe 1:3
Qollar: Losano, 41 – Qrinvud, 27; 48. Mata, 61.

Alaves – Selta 3:0
Qollar: Simeone, 48. Quridi, 54. Benavides, 86.

Atletiko – Atletik 3:1
Qol: De Paul, 15. Korrea, 52. Simon, 80-öz qapısına – N.Uilyams, 45.

28 aprel

Kadis – Malyorka 1:1
Qollar: Maskarell, 59-öz qapısına – Muriqi, 12.

Qranada – Osasuna 3:0
Qollar: Pellistri, 29. Uzuni, 48. Boye, 90.

Vilyarreal – Rayo Valyekano 3:0
Qollar: Sörlot, 18; 74. Moskera, 69.

Betis – Sevilya 1:1
Qollar: İsko, 38-pen – Salas, 56.

29 aprel

Barselona – Valensiya 4:2
Qollar: F.Lopes, 22. Levandovski, 49; 82; 90+3 – Duro, 27. Pepelu, 38.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar