ÇL: “Bayern” “Real”a qarşı

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə start veriləcək.

Sports.az xəbər verir ki, birinci oyunda "Bayern" və "Real" kollektivləri üz-üzə gələcək.

Hər iki komanda 1/4 finalda İngiltərə klubunu mübarizədən kənarlaşdırıb. Almanlar "Arsenal"a qalib gəlibsə, "kral klubu" "Mançester Siti"dən güclü olub.

Yarımfinal mərhələsinin digər oyununda sabah "Borussiya" Dortmundda PSJ-ni qəbul edəcək.

UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun

30 aprel

23:00. “Bayern" (Almaniya) - “Real” (İspaniya)
Baş hakim: Klement Turpin (Fransa).
Münhen, “Alyans Arena” stadionu.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar