Modriç “Real”ın tarixinə düşdü

Luka Modriç Çempionlar Liqasında İspaniyanın "Real" klubunun heyətində meydana çıxan ən yaşlı futbolçu olub.

Sports.az xəbər verir ki, yarımmüdafiəçi 38 yaş 234 günlüyündə "Bayern"lə yarımfinal mərhələsinin ilk matçında (2:2) çıxış edib.

Xorvatiya millisinin kapitanı bununla da əfsanəvi Ferents Puşkaşın 1965-ci il noyabrın 17-dən bu yana qırılmayan rekordunu yeniləyib. Macarıstanlı qoleador 38 yaş 229 günlüyündə meydana çıxıb.

Modriç bu göstəricini Madrid klubunun heyətində keçirdiyi 528-ci, Çempionlar Liqasında isə 118-ci oyununda yeniləyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar