Ronaldo \"Əl-Nəsr\"i finala çıxardı

Məşhur portuqaliyalı hücumçu Kristiano Ronaldonun oynadığı "Əl-Nəsr" ilə "Əl-Xalid" komandaları Səudiyyə Ərəbistanı Kral Kubokunun yarımfinalında üz-üzə gəliblər.

Sports.az xəbər verir ki, Ər-Riyadda keçirilən qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Ronaldu dubl edib. Seneqallı hücumçu Sadio Mane isə meydan sahiblərinin üçüncü qolunu vurub.

Beləliklə, "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Kral Kubokunun finalına çıxıb. Turnirin həlledici oyununda Ronaldonun komandası "Əl-Hilal"la qarşılaşacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar