A Seriyasına yüksələn ilk komanda bəlli oldu

Yeni mövsüm üçün İtaliya A Seriyasına vəsiqə qazanan ilk komanda müəyyənləşib. 

Sports.az xəbər verir ki, B Seriyasının lideri "Parma"nın mövsümün sonuna iki tur qalmış elitaya yüksələcəyi rəsmiləşib.

36-cı turda "Bari" ilə heç-heçə (1:1) edən və 74 xalı olan komandanın ilk iki yerdən birini tutacağı dəqiqdir.

"Parma" sonuncu dəfə 2020/21 mövsümündə A Seriyasından B Seriyasına düşmüşdü.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar