Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema "Real"ın bazasına gedib.

Sports.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bir müddət əvvəl zədə alan fransalı futbolçu müayinə üçün Madridə yollanıb. "Real" keçmiş oyunçusunun müayinəsinə köməklik göstərəcək. "Əl İttihad" bu addımına görə "Real"a rəsmi şəkildə təşəkkür edib.

Benzemanın gələn həftə Səudiyyə Ərəbistanına qayıdacağı gözlənilir. 

2023-cü il iyulun 1-də "Əl-İttihad"a keçən Kərim Benzemanın klubu ilə 2026-cı il iyunun 30-na qədər müqaviləsi var.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar