Rusiya millisi üçün yeni rəqib

Rusiya millisi daha bir yoxlama oyunu keçirəcək.

Sports.az Rusiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, komanda iyunun 7-də Belarusla qarşılaşacaq.

Görüş Minskdəki “Dinamo” Milli Olimpiya Stadionunda olacaq.

Bundan əvvəl Rusiya və Belarus yığmaları dörd dəfə üz-üzə gəlib. Son görüş 2015-ci il iyunun 7-də keçirilib və Rusiyanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

2022-ci ilin fevralında Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiya milli komandası və Rusiya futbol klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar