“Çelsi” Lukakunun yenidən satışından ziyana uğrayacaq

“Roma”da icarə əsasında çıxış edən, “Çelsi”nin belçikalı hücumçusu Romelu Lukaku İngiltərə klubunu tamhüquqlu əsasda tərk edə bilər.

Sports.az xəbər verir ki, Lukakunun müqaviləsində 44,5 milyon avro məbləğində təzminat nəzərdə tutulur və “zadəganlar” bu vəsaiti “Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhenin transferinə yatırmağa hazırdırlar.

Xatırladaq ki, 2021-ci ildə “Çelsi” 2011-2014-cü illərdə “zadəganlar” üçün tər tökmüş Lukakunu geri qaytarmaq üçün “İnter”ə 113 milyon avro məbləğində ödəniş edib. Ancaq belçikalı hücumçunun “Stemford Bric”ə qayıdışı uğursuz alındı və buna görə də Lukaku ardıcıl ikinci ili İtaliya komandalarında icarə əsasında keçirir.

Əgər “Çelsi” Lukaku müqabilndə tələb edilən 44,5 milyon avro məbləği ala bilsə, klub oyunçunun satışından 68,5 milyon avro itirmiş olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar