Kimmix “Barselona”nın əsas yay transfer hədəfidir

“Barselona” yayda “Bayern”in dayaq yarımmüdafiəçisi Yozua Kimmixi almaq niyyətindədir.

Sports.az xəbər verir ki, 29 yaşlı futbolçu Kataloniya klubunun yay transfer pəncərəsi üçün əsas trasnfer hədəfidir.

Kimmixin texniki və taktiki bacarıqları, fiziki imkanları və ən yüksək səviyyədə oyun təcrübəsi “Barselona” rəhbərliyini cəlb edir.

Kataloniyalılar siyahısında ikinci yerdə artıq şifahi razılıq əldə etdiyi, “Betis”in 30 yaşlı yarımmüdafiəçisi Qvido Rodriges qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar