“Barselona” Arauxonun gələcəyi ilə bağlı futbolçudan qəti cavab gözləyir

“Barselona” müdafiəçi Ronald Arauxonun klubdakı gələcəyi ilə bağlı yekun qərar verməsini gözləyir.

Sports.az xəbər verir ki, Kataloniya klubu 25 yaşlı futbolçuya ümid bəslədiyini və digər müdafiəçi Pau Kubarsi ilə birgə onu həm hazırkı “Barselona”, həm də gələcək üçün vacib oyunçu hesab etdiyini açıqlayıb.

Həmçinin, Arauxonun müqaviləsinin müddətinin uzadılması ilə bağlı vəziyyəti uruqvaylı müdafəçi ilə müqavilə bağlamaqda maraqlı olan “Bayern” və “Mançester Yunayted” də izləyirlər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar