Morata “Yuventus”a qayıtmaq istəyindədir

Madrid “Atletiko”sunun hücumçusu Alvaro Morata yay transfer pəncərəsində, daha əvvəl çıxış etdiyi “Yuventus”a qayıtmaq istəyir.

Sports.az xəbər verir ki, Morata “Yuventus”a qayıtmaq üçün maaşını ildə 7 milyon avro məbləğə endirməyə hazırdır.

Bundan əlavə, futbolçunun İtaliya çempionatına keçmək qərarına Moratanın həyat yoldaşının italyanəsilli olması da təsir göstərə bilər.
Həmçinin bildirilir ki, futbolçunun “Atletiko” ilə müqaviləsində Moratanın istənilən kluba getməsinə icazə verən şərt var.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar