MY Sançonun bu yay klubdan ayrılacağını gözləyir

“Mançester Yunayted” yarımmüdafiəçi Ceydon Sançonun 2023/2024 mövsümünün sonunda klubdan ayrılacağını gözləyir.

Sports.az xəbər verir ki, 24 yaşlı futbolçu transferi razılaşdırılarsa, yayda başqa kluba gedəcək.

2024-cü ilin yanvarında Sanço cari ilin yayına qədər “Mançester Yunayted”dən Dortmund “Borussiya”sına icarəyə yollanıb. 

Dortmund klubu Sançonu transfer etməkdə maraqlıdır, amma “qırmızı şeytanlar”ın Sançonun müqabilində tələb etdiyi 40 milyon funt-sterlinqi (46,6 milyon avro) məbləği hazırda ödəməyə hazır deyil.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar