“Borussiya” Matseni “Çelsi”dən almaq niyyətindədir

Bu mövsüm Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən, “Çelsi”nin müdafiəçisi Yan Matsen tezliklə alman komandasının tamhüquqlu futbolçusu ola bilər.

Sports.az xəbər verir ki, Dortmund təmsilçisi Matsendən çox razıdır və bunun o qədər də asan olmayacağına rəğmən, mövsümün sonuna qədər futbolçunun transfer hüquqlarını almağa çalışacaq.

Yan Matsenin “Çelsi” ilə müqaviləsində nəzərdə tutulmuş təzminat məbləği 35 milyon avro civarındadır. “Borussiya”nın isə növbəti mövsüm üçün büdcəsi hələ təsdiqlənməyib və belə olan halda Dortmund klubu dərhal fəaliyyət imkanından hələ məhrumdur.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar