“Çelsi” Braziliya futbolunun yeni ulduzunu ələ keçirmək istəyir

“Çelsi” yayda Braziliyada “Messinyo” kimi tanınmış, “Palmeyras”ın 17 yaşlı vingeri Estevan Villianı almaq niyyətindədir.

Sports.az xəbər verir ki, ingilis klubu braziliyalı istedadın inkişafını diqqətlə izləyir və futbolçunun 18 yaşı tamam olana qədər onunla müqavilə bağlamaq niyyətindədir.

Bildirilir ki, “zadəganlar” “Palmeyras”a dərhal 30 milyon avro məbləğ ödəməyə hazırdırlar və gələcəkdə daha 20 milyon avro məbləği üstəlik olaraq Braziliya nəhənginin hesabına köçürməyə razıdırlar.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar