Kavaratsxeliyanı “Napoli”də saxlayacaq şərtlər məlumdur

“Napoli” komandanın gürcü vingeri Xviça Kvaratsxeliya ilə müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqları davam etdirir.

Sports.az xəbər verir ki, “Napoli” ilə 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləsi mənzərəsində gürcü futbolçu “Barselona”nın maraq dairəsindədir.

Neapol təmsilçisi Kvaratsxeliyanı klubda saxlamaq üçün onun şərtlərini dinləməyə hazırdır və bu halda “Napoli” rəhbərliyi futbolçunun gözlədiyi 5 milyon avro məbləğində əməkhaqqını və əlavə üstəlikləri təmin etməlidir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar