“Klopu “Real”ın sükanı arxasında görmək istərdim” - Babel

“Ayaks”ın və “Liverpul”un niderlandlı keçmiş futbolçusu Rayan Babel alman mütəxəssis Yurgen Klopu “Real”ın baş məşqçisi kimi görmək istədiyini bildirib.

Sports.az xatırladır ki, daha əvvəl Klopp cari mövsümün sonunda “Liverpul”dan ayrılacağını və məşqçiliyə bir illik fasilə verəcəyini bildirmişdi.

“Beləliklə, Yurgeni “Real”da görmək istərdim, baxmayaraq ki, bu klubun ona düzgün komanda yaratmaq üçün iki və ya üç il vaxt verəcək bir klub olmadığını bilirik. Bilirsiniz, hətta “Bayern”in da məşqçilərə səbri çatmır… Deyirlər, Klopp Almaniya yığmasına rəhbərlik edə bilər. Bilmirəm, amma düşünürəm ki, Yurgen öz qərarı ilə çoxlarını təəccübləndirəcək”, deyə Babel vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar