“Bayern” Bernardo Silvanın transferində maraqlıdır

“Bayern” “Mançester Siti”nin 29 yaşlı hücumameylli yarımmüdafiəçisi Bernardo Silvanın cari mövsümün sonunda Münhen klubuna keçmə ehtimalını müzakirə etmək üçün portuqal futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Sports.az xəbər verir ki, Silvanın nümayəndələrinə Münhen komandasının yeni, iddialı layihə yaratmağı planlaşdırdığı və bunun üçün “Mançester Siti”yə portuqal futbolçu müqabilində 58 milyon avro məbləğində təzminat ödəmək də daxil olmaqla, xeyli miqdarda əlavə pul xərcləməyə hazır olduğu bildirilib.

Bundan əlavə, “Bayern”in Silvaya layiqli maaşla uzunmüddətli müqavilə təklif etməyə hazır olduğu da vurğulanıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar