“Sanço belə oynayırsa, o, “Mançester Yunayted”ə qayıtmalıdır”

İtaliya yığmasının sabiq futbolçusu Alessandro Del Pyero Çempionlar Liqasının yarımfinalında PSJ ilə ilk oyunda Dortmund “Borussiya”sının vingeri Ceydon Sançonun çıxışından heyran olub.

Sports.az Del Pyeronun bu barədə fikirlərini təqdim edir:

“Sanço kimi oyunçu bu cür yüksək səviyyəli oyunlarda oynaya bilərsə, o, “Mançester Yunayted”ə qayıtmalıdır”, deyə Del Pyero bildirib.

Xatırladaq ki, Sanço “Borussiya”da “Mançester Yunayted”dən icarə əsasında çıxış edir, onun transfer hüququ “qırmızı şeytanlar”a məxsusdur. İcarə müqaviləsi cari ilin yanvarında gerçəkləşib və cari mövsümün sonunda başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar