“Bayern”i De Zerbinin təyinatından çəkindirən səbəblər məlumdur

“Bayern” rəhbərliyi “Brayton”un baş məşqçisi, italyan mütəxəssis Roberto De Zerbini Münhen komandasını baş məşqçisi kimi nəzərdən keçirir, amma belə bir namizədə üstünlük vermir.

Sports.az xəbər verir ki, Roberto De Zerbi həmişə “Bayern”in namizədlərinin qısa siyahısında olub.

Amma vurğulanır ki, hazırda Münhen tərəfini iki məqam karıxdırır: De Zerbinin özü ilə gətirmək istədiyi böyük köməkçilər heyəti və bu mövsümün ikinci yarısında “Brayton”un səmərəsinin aşağı düşməsi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar