“Real” 36-cı çempionluğunu rəsmiləşdirdi

İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir.

Sports.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Real Sosyedad” evdə “Las Palmas”a qalib gəlib. “Malyorka”nın qonağı olan “Atletiko” da turu qələbə ilə başa vurub.

“Real” “Kadis”ə 3:0 hesabı ilə qalib gəlib və xalını 87-yə çatdırıb. Madrid təmsilçisinin ən yaxın izləyicisi “Barselona” isə “Jirona”ya məğlub olub. Bu görüşdən sonra “Real” çempionluğu rəsmiləşdirib. Karlo Ançelottinin komandası mövsümün başa çatmasına 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub. Beləliklə, “Real” tarixində 36-cı dəfə İspaniya çempionu olub. “Jirona” qələbə ilə turnir cədvəlində 74 xalla 2-ci pilləyə yüksəlib. “Barselona” isə 73 xalla 3-cü pilləyə enib.

İspaniya La Liqası
34-cü tur

3 may

Xetafe – Atletik 0:2
Qollar: İ.Uilyams, 27; 51.

4 may

Real Sosyedad – Las Palmas 2:0
Qollar: A.Suares, 33-öz qapısına. Bekker, 45+1.

Real – Kadis 3:0
Qollar: B.Dias, 51. Bellingem, 68. Xoselu, 90+3.

Jirona – Barselona 4:2
Qollar: Dovbik, 4. Portu, 65; 74. Qutyerres, 67 – Kristensen, 3. Levandovski, 45+1.

Malyorka – Atletiko 0:1
Qol: Rikelme, 5.

5 may

16:00. Osasuna – Betis
18:15. Selta – Vilyarreal
20:30. Valensiya – Alaves
23:00. Rayo Valyekano – Almeriya
23:00. Sevilya - Qranada

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar