Sanço “Mançester Yunayted”ə geri qayıtmayacaq

Yanvar ayından Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən, “Mançester Yunayted”in 24 yaşlı ingilis cinah yarımmüdafiəçisi Ceydon Sanço icarə müddətinin sonunda “qırmızı şeytanlar”ın düşərgəsinə qayıtmayacaq.

Sports.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haq klubdan ayrılsa belə, Sançonun geri dönmək fikri yoxdur.

Sançonun Almaniya klubunda xoşbəxt olduğu bildirilir, çünki ingilis futbolçu indi daimi əsasda futbol oynamaq imkanına malikdir.

Xatırladaq ki, Sanço keçən yay “Mançester Yunayted”ə keçib, amma sentyabr ayından etibarən Erik ten Haq ilə münaqişə səbəbindən komandanın heyətindən kənarda qalıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar