60 milyon avroya Səudiyyə Ərəbistanı klubuna keçdi

Fransalı yarımmüdafiəçi Mussa Diabi İngiltərənin "Aston Villa" klubundan Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçib. 

Sports.az xəbər verir ki, bu barədə “Əl-İttihad” məlumat yayıb.

Səudiyyə Ərəbistanı təmsilçisi futbolçu üçün müxtəlif bonuslar nəzərə alınmaqla İngiltərə klubuna 60 milyon avro ödəyəcək. Qeyd olunub ki, oyunçu Səudiyyə klubu ilə 5 illik müqaviləyə razılaşıb.

25 yaşlı Mussa Diabi daha əvvəl "Bayer", "Krotone" və PSJ-də çıxış edib. 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar