Amorim “Çelsi” ilə oyuna “Mançester Yunayted”i baş məşqçi olaraq çıxara bilər

Portuqal mütəxəssis, Lissabon “Sportinq”inin baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 10-cu turunun “Çelsi” ilə noyabrın 3-də keçiriləcək ev oyununda “Mançester Yunayted”i meydana baş məşqçi olaraq çıxara bilər.

Sports.az xəbər verir ki, “Mançester Yunayted” Amorimin Lissabon klubu ilə müqaviləsini vaxtından əvvəl ləğv etməsinə görə, “Sportinq”ə 10 milyon avro məbləğində təzminat haqqını təcili surətdə ödəməyə razılaşıb.

Xatırladaq ki, niderlandlı mütəxəssis Erik ten Haqı istefaya göndərmiş “qırmızı şeytanlar”, komandanın sükanını Ten Haqını həmvətəni və köməkçisi Rud van Nistelroya müvəqqəti olaraq həvalə ediblər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar